Azərbaycan Respublikası Peyntbol Federasiyasına yeni mətbuat katibi təyin olunub.
Teleqraf.com xəbər verir ki, bundan sonra federasiyada bu vəzifəni Amil Hacıyev icra edəcək.
Qeyd edək ki, Amil Hacıyev ANS televiziyasında müxbir kimi fəaliyyətə başlayıb. Bır sıra proqramların aparıcısı və idman departamentinin rəhbəri olub.
Hazırda Publika.az saytının baş redaktorudur. Amil Hacıyev hazırkı işində qalmaqla, ictimai əsaslarla Azərbaycan Respublikası Peyntbol Federasiyasının mətbuat katibi vəzifəsini də yerinə yetirəcək.
Qeyd edək ki, A.Hacıyev peyntbol idman növü üzrə keçirilən tədbirlərdə hər zaman yaxından iştirak edib.