22 İyun 2022 01:06
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2022-ci il yanvar-may aylarında 81,7 milyon manatlıq məhsul istehsal olunub.

Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 56,7 faiz artıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 4,3 faiz azalıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,5 dəfə, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 36,2 faiz artıb.


Müəllif: Teleqraf.com