1 Dekabr 2014 13:51
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə Azərbaycan nümayəndə heyətinin tərkibində Qazaxıstanın Astana şəhərində keçirilən MDB ölkələrinin Gənclərlə iş üzrə Şurasının növbəti iclasında iştirak edib.

Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, tədbirdə həmçinin MDB ölkələrinin Gənclərlə iş üzrə Şurasının üzvü olan digər ölkələrin nümayəndələri iştirak edib.

İclas zamanı 2020-ci ilə qədər MDB ölkələrinin gənclərinin əməkdaşlığı sahəsində strategiyanın həyata keçirilməsində, 2014-2015-ci illər üzrə fəaliyyət və tədbirlər planı müzakirə olunub, 2016-2017-ci illər üçün təkliflər irəli sürülüb. Həmçinin, birlik ölkələrinin gənclər siyasətinin həyata keçirilməsi üçün normativ hüququ bazasının formalaşdırılması mövzuları ətrafında fikir mübadiləsi aparılıb. İclas çərçivəsində həmçinin gənclərin problemlərinin tədqiqi və onların əməkdaşlıq şəbəkəsinin qurulması üçün gənclər platformasının yaradılması mövzusuna xüsusi diqqət ayrılıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər