8 İyul 2022 09:35
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabahdan Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl iş olmayacaq.

Teleqraf.com xəbər verir ki, iyul ayının 9-u və 10-u Azərbaycanda Qurban bayramı qeyd ediləcək.

Həmin tarixlər şənbə, bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilib. Bununla da Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl (9, 10, 11 və 12 iyul) iş olmayacaq.

Növbəti iş günü iyulun 13-dədir.


Müəllif: Teleqraf.com