17 Avqust 2022 19:10
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cabbarov Mirkamal Vüqar oğlu 17.08.2022-ci il tarixdə DSX-nin hərbi hospitalında müalicədə olarkən xəstəlikdən vəfat edib.

Bu barədə Teleqraf.com-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən xəbər verilib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.


Müəllif: Teleqraf.com