24 Avqust 2022 14:40
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti “Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə” 6 fevral 2014-cü il tarixli qərarında dəyişiklik edib.

Teleqraf.com bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif Şurasının 26 iyul 2022-ci il tarixli qərarı ilə ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı tarifi 695,75 manatdan 689,78 manata endirilib. Nəticədə, istehsalçı tarifindən yanacağın hər tonuna görə hesablanan və dövlət büdcəsinə ödənilən aksiz vergisinin məbləğində azalma baş verib. Həmin azalmanın kompensasiya edilməsi məqsədilə hökumətin qərarında dəyişiklik edilib.

Həmçinin növbəti ildən yanacağın Dövlət Neft Şirkətinin (SOCAR) müəyyən etdiyi satış məntəqələrindən Naxçıvan MR-na daşınmasına təchizat tarifinin yuxarı həddindən artıq çəkilən xərclərin qarşılanması dövlət büdcəsindən muxtar respublikaya ayrılan dotasiyanın tərkibində nəzərdə tutularaq həmin vəsaitdən ödəniləcək. Cari ildə bu məqsədlə dövlət büdcəsinin ehtiyat fondundan 5 milyon manat vəsait ayrılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər