Bakıda 191 və 213 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət sxemləri müvəqqəti dəyişdirilərək Cabir Əliyev və Abbasqulu ağa Bakıxanov küçələri ilə təşkil edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, dəyişikliyə səbəb paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsinin daxili yollarında abadlıq işlərinin aparılmasıdır.