Super ağır çəkidə peşəkar boks üzrə dünya çempionu, Ukrayna paytaxtı meri Vitalinin qardaşı Vladimir Kliçko və xanımı Hayden Panetteri ilk övladlarını dünyaya gətiriblər.
Körpə dekabrın 4-də axşam saatlarında ABŞ-dakı klinikalardan birində dünyaya göz açıb. Bu barədə Ukrayna mətbuatı xəbər yayıb. Uşağın cinsiyyəti barədə məlumat verilməsə də, Hayden bir müddət əvvəl Kliçkonun qız atası olacağını söyləmişdi.
UDAR partiyasının mətbuat katibi Oksana Zinovyev də “Twitter” səhifəsində ABŞ-dan xoş xəbər gözlədiyi barədə tvit yazmışdı.
Qeyd edək ki, Hayden Panetteri və Vladimir Kliçko cütlüyü 2009-cu ildə tanış olublar./anspress/