8 Sentyabr 2022 19:25
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan təhsilində müsbət dəyişiklikləri və islahatları vacib hesab edirəm. Müəllimlərin sertifikasiyasını da dəstəkləyirəm. Bu cür təhlillərə və araşdırmalara ehtiyacın olduğunu düşünürəm.

Teleqraf.com xəbər verir ki bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O hesab edir ki, sertifikasiyanın nəticələrinin bu formada ictimailəşdirilməsi təhsilimizin inkişafına töhfə vermir: “Nə üçün? Birinci ona görə ki, bu müəllimlərimizin əhval-ruhiyyəsinə və motivasiyasına müsbət yox, mənfi təsir göstərir. İkinci şagirdlərin müəllimlərə inamını zədələyir. Ona görə bu cür nəticə və məlumatlardan xidməti məqsədlə istifadə daha məqsədəuyğundur”.

Deputatın fikrincə, bu gün biz gücümüzü daha çox müəllimlərin əhval-ruhiyyəsini yüksək saxlamağa yönləndirməliyik: “Əlbəttə, qüsur və xəta varsa, ciddi cəza da olmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər