Gündəlik həyatımızda unutduğumuz çox şey ola bilər. Bəzən getdiyimiz ünvanı və ya bir insanın adını unutduğumuz üçün dayanırıq. Bu zaman içimizə bir qorxu gəlir - “Məndə də unutqanlıq başladı” deyə, şübhəyə düşürük.
Teleqraf.com xəbər verir ki, mütəxəssislər bunun diqqət zəifliyi olduğunu bildirir.
Aparılan bir araşdırma vəziyyətin qorxulu olmadığını ortaya qoyub. Sadəcə diqqəti cəmləmədiyimiz üçün hər şeyi unuduruq.
Mütəxəssislərin müşahidələrinə görə, bu gün həkimə müraciət etmək üçün ən çox rast gəlinən səbəblərdən biri də unutqanlıqdır. Unutqanlıq alzheimer xəstəliyi deyil. Bu unutqanlıqların çoxu əslində xoşxassəli dediyimiz diqqət əskikliyinə bağlıdır. Bu tip vəziyyətlər ümumiyyətlə, yuxusuzluq, yorğunluq, stress, hətta depressiya əhval-ruhiyyəsi və ya konsentrasiyanın zəifləməsi kimi səbəblərə bağlı ola bilər.
Bunun qarşısını almaq üçün ilk növbədə pəhrizə diqqət yetirmək son dərəcə vacibdir. Dənizi tipli pəhrizə riayət etmək, mümkün qədər çox meyvə-tərəvəz yemək, həddindən açmamaq şərti ilə kofe istehlakı burada faydalı ola bilər. Hər gün yarım saat gəzmək yaddaş və diqqəti yaxşılaşdıracaq, konsentrasiya performansını 20-25% artıra bilər.