Az yaşda qazandığınız yemək vərdişlərini 30 yaşından başlayaraq dəyişdirmək, həyat tərzinizə və bədəninizə uyğun sağlam seçimlər etmək sağlam yaşlanmanın ilk açarıdır.
Teleqraf.com xəbər verir ki, sağlıqlı qidalanma üsulları ilə sonrakı yaşlarda ortaya çıxa biləcək şəkər, təzyiq və ürək kimi riskli xəstəliklərin qarşısını almaq olar.
Ayda bir dilim tort yemək sizi şəkər xəstəsi etməsə də, çox tez-tez şirniyyat istehlak etmək sağlamlığınıza kifayət qədər neqativ təsir göstərə bilər. Hər gün bir dilim şokoladlı tort yeməyin zərərsiz olduğunu düşünürsənsə, yanılırsınız. Davamlı olaraq şirniyyat istehlak etmək şəkər səviyyəsini yüksəldir və gələcəkdə baş verə biləcək diabet kimi xəstəliklərə də dəvət hazırlayır.
Fərqində olmadan istehlak etdiyiniz qidalar gələcəkdə damar tıxanması kimi problemlərə də yol açar. Yeyib-içdiyiniz hər yeməyi mobil telefonunuzda və ya dəftərinizdə qeyd edərək yemək vərdişlərinizin xəritəsini yarada bilərsiniz. Bir neçə gündən sonra yemək tərzinizdən xəbərdar olacaqsınız və daha sağlam seçimlər etmək üçün addımlar atacaqsınız.
Şəkərlə şirinləşdirilmiş içkilərin həyatımızda önəmli yeri var. Yeməklərlə yanaşı istehlak edilən qazlı içkilər və meyvə şirələri də tərkibindəki yüksək kaloriyə görə sürətli çəki artımına səbəb olur. Araşdırmalar göstərir ki, şəkərli içkilərin qəbulu irəliləyən yaşlarda baş verən sağlamlıq problemləri ilə birbaşa əlaqəlidir. Bu vərdişdən xilas olmaq üçün şəkərli içkiləri tədricən azaltmağa cəhd edin. Yemək zamanı su içməyi vərdiş halına gətirmək, şəkərli içkilərdən qaçmanıza kömək edəcək.
Yediyiniz yeməyin miqdarından xəbərdar olmağın yolu şüurlu seçimlər etməkdən keçir. Bunun üçün ağıllı yemək məşqləri çox faydalı ola bilər. Birincisi, gün ərzində bir yemək seçməklə başlayın. Yavaş-yavaş yeməyə diqqət edin və yeməkdən həzz alın.
Arıqlamaq üçün yeməmək və ya çox kiçik porsiyalar qəbul etmək əks effekt verə bilər. Qısa müddətdə itirilən bir neçə kilo uzun müddətdə ciddi zərər verə bilər. Bu müddət ərzində itirilən çəki, yəqin ki, yalnız vücudun su itkisidir. Sərt və az qidalanarkən itirdiyiniz bütün çəkiləri geri qayıdar, hətta yeni çəkilər almağınıza səbəb olur. Çünki belə məhdudlaşdırıcı pəhrizlər beynin primitiv sağ qalan hissəsini aktivləşdirir. Metabolizma sürəti aşağı düşür və alınan hər kalori bədəndə yığılmağa çalışılır. Nəticədə qarşısıalınmaz şəkildə kökəlmə başlayır.
Hər kəsin canı arada bir şey çəkər. Bu, olduqca normaldır. Əgər istədiyiniz şeyi israrla yeməsəniz və onu boğmağa çalışsanız, bu arzu gələcəkdə daha da güclənəcək. Nəticədə adi halda yediyinizdən çox daha böyük porsiyalar yeyəcəksiniz. Həddindən artıq yeməyin qarşısını almaq üçün yemək istədiyiniz həmin qidanın kiçik bir hissəsini yeməyi özünüzə icazə verin. Bu sayədə bədəninizin ehtiyaclarını laqeyd qoymursunuz və yediklərinizdən həzz alırsınız.
Yemək vərdişləri bir gündə formalaşmadığı üçün bir gündə də dəyişməyəcək. Bu prosesdə səbirli olmaq və kiçik addımlar atmaq sizi uzun müddətdə uğura aparacaq.