21 Sentyabr 2022 10:28
230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Beynəlxalq Kibertəhlükəsizlik Konfransı işə başlayıb.

Teleqraf.com xəbər verir ki, tədbirin məqsədi Azərbaycanda inkişaf etməkdə olan kibertəhlükəsizlik mühütinin daha dayanaqlı xarakter almasına töhfə verməkdir.

Konfransda çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı bildirib ki, Azərbaycanda gənclərin kibertəhükəsizliyə marağı böyükdür.

"Bizim universitetdə 5 ildir ki, "Kibertəhlükəsizlik" ixtisası tədris olunur. Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclər məhz bu sahəni seçir. Bu il bizim universitetə dediyim sahə üzrə 150 nəfər daxil olub ki, onlardan ən az bal toplayanı 639 bal toplayıb", - o qeyd edib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər