II Bakı su kəmərinin Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazisindən keçən hissəsində qəza baş verib.
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, baş vermiş qəza ilə əlaqədar qurum abunəçilərinin diqqətinə çatdırıır ki, qəzanın aradan qaldırılması üçün Bakı şəhəri Heydər Əliyev, Azadlıq, Bülbül, Ziya Bünyadov, Nobel, Babək prospektlərinin, S.Vurğun, S.Rüstəm, İ.Nəbiyev, R.Behbudov, Füzuli, Əliyar Əliyev, Kazımağa Kərimov, Aşıq Qurban küçələrinin, Yeni Günəşli, Keşlə və NZS qəsəbələrinin bəzi hissələrinə, “Azəerneftyağ” neft emalı zavoduna, Ə.Bayramzadə adına 1 saylı İstilik Elektrik Mərkəzinə içməli su 08-09 dekabr 2014-cü il tarixlərində məhdudiyyətlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
NİGAR