21 Sentyabr 2022 21:40
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsində yerləşən “Xanım Fatimeyi Zəhra” məscidinə təyin olunmuş din xadimlərinin təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 24 may 2022-ci il tarixində “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq 39 vakant vəzifənin tutulması üçün müsahibə elan olunub.

Mirnasir Mirbağır oğlu Nağıyev (imam), Fərid Əli oğlu Qasımzadə və Ayaz Gülağa oğlu Həşimov (imam müavinləri) 02 avqust-13 avqust tarixlərində keçirilən müsahibədə uğur qazanaraq müvafiq vəzifələrə təyin olunublar.

Qeyd edək ki, sözügedən məsciddə keçirilən təqdimatda Dövlət Komitəsi ilə yanaşı, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər.


Müəllif: Nemət

Oxşar xəbərlər