28 Sentyabr 2022 11:16
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı yeni qərar imzalayıb.

Qərara əsasən, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların 1 000 ədədi üçün 14 manat, elektron siqaretlər üçün mayenin 1 litri üçün 100 manat, birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin 1 ədədi üçün 0,25 manat tarif müəyyən olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər