Azərbaycan, Fransa, Ermənistan və Avropa İttifaqının rəhbərlərinin Praqada keçirilən görüşü əhəmiyyətli olub. Amma təəssüflər olsun ki, bəzi qüvvələr buna mane olmağa çalışır. Fransanın Avropa işləri üzrə nazirinin son açıqlaması bölgədə sülhün əldə edilməsinə qarşıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Soltan Məmmədov deyib.
O əlavə edib ki, Fransa bu günə qədər Azərbaycana qarşı törədilən cinayətlərlə bağlı mövqe ortaya qoymayıb:
“Əlbəttə, Fransada obyektiv mövqeyi olan, bölgədə sülhün əldə edilməsinin vacibliyini düşünən insanlar da var".
“Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun adından Fransanın bəzi siyasətçilərinin bölgədə sülh və sabitliyə qarşı olan fikirlərinə etiraz edirəm”, - deputat qeyd edib.