15 Oktyabr 2022 11:46
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 16-da Bakının Balaxanı və Ramana kəndlərinin şahmatçıları arasında turnir keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, “Ramana İnfotur” kəndin mərkəzi küçəsində ilk elanlarını yerlədirəndən sonra məlum olub ki, Bakı kəndlərində şahmata böyük maraq var.

6-16 yaş arası qabiliyyətini yarışda sınamaq istəyən ramanalılar öz aralarında iki həftə yarışdıqdan sonra “İnfotur” rəqabət meydanını genişləndirmək qərarına gəlib. Bu şənbədən etibarən “Bakı Abadlıq Xidməti” MMC tərəfindən inşa edilmiş İdman Mərkəzində Balaxanı və Ramana kəndləri arasında şahmat turnirinə ciddi hazırlıq gedir.

Balaxanı kəndində fəaliyyət göstərən Azərrobot kurslararında təlim keçmiş şahmatçılarla yarışmaq yəqin ki, ramanalılara asan olmayacaq. Hər şey nəticələrdən asılıdır. Birincilik qazananlara medallar və mükafatlar təqdim ediləcək. Bundan başqa, istisnasız olaraq, hər iştirakçı turnirdən sertifikat, təşəkkürnamə və hədiyyə qazanacaq.

Tərəf-müqabillər hazırlıq səviyyələrinə görə seçilir. Turnirlə bağlı yarana biləcək bütün suallar Azərbaycan Şahmat Federasiyası ilə əməkdaşlıq əsasında tənzimlənir. Yarışma ortamı fərdi inkişafa təkan verir, şahmatçıların ünsiyyət çevrəsi genişlənir, qabiliyyəti ilə seçilənlər master klaslara cəlb edilirlər.

Təbii ki, gələcyin çempionları məhz belə mühitlərdə yetişirlər.

Həftənin bir günü Bakı kəndlərinin cavanları çox faydalı zaman keçirib, sadəcə, idmanda deyil, gələcək karyeraları ilə bağlı növbəti gedişlər barədə düşünürlər.

Həftə sonu İdman bayramına necə qatılmaq olar? Ramana “İinfotur”un elanları izləmək və qeydiyyatdan keçməklə bu arzunu gerçəkləşdirmək olar.

Bakı kəndlərinin 6-dan 16-ya bütün sakinləri doğma kəndlərinin adını öz zehni, istedadı ilə tanıda bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər