27 Oktyabr 2022 11:00
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan və Rusiyanın Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk Azərbaycan-Rusiya sərhədindəki buraxılış məntəqələrinə baş çəkiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Mikayıl Cabbarov Tvitterdə paylaşım edib.

“Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov və digər həmkarlarla birlikdə Azərbaycan-Rusiya sərhədində bir neçə gömrük-sərhəd buraxılış məntəqəsində olduq, görüşlər keçirdik. Məntəqələrdə infrastrukturun modernləşdirilməsi, iki ölkə arasında iqtisadi əlaqələr barədə müzakirələr apardıq”, - deyə nazir paylaşımda qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər