Sosial şəbəkələrdə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin adının tərcümə zamanı rəsmi saytda yanlış yazılmasına dair məlumat yayılıb. İddiaya görə, hazırda saytın ingilis dili versiyasına giriş mümkün olmasa da, orada X.Yusifzadənin adı “Happy Yusifzadeh” kimi qeyd edilib.
Teleqraf.com xəbər verir ki, məsələyə SOCAR münasibət bildirib. Qurumun rəsmi feysbuk səhifəsində edilən paylaşımda qeyd olunur ki, görüntünün şirkətlə heç bir bağlılığı yoxdur: “Son günlər sosial şəbəkələrdə SOCAR-ın rəsmi internet saytı ilə heç bir əlaqəsi olmayan ekran görüntüsü (screenshot) paylaşılır.
Qeyd etmək istəyirik ki, yeni istifadəyə verilmiş saytımızın ingilis dilində versiyası hazırlanır və ictimaiyyətə noyabr ayının sonuna qədər təqdim olunması nəzərdə tutulur.
Sosial şəbəkələrdə paylaşılan şəkil (screenshot) isə “Google Chrome” brauzerinin avtomatik tərcümə funksiyası vasitəsilə edilib və şirkətimiz ilə heç bir aidiyyəti yoxdur”, - deyə məlumatda qeyd olunub.