Qətərin paytaxtı Dohada Azərbaycan Ticarət Evinin açılışı olub.
Teleqraf.com xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə Twitter səhifəsində yazıb:
"Qətərin paytaxtı Dohada Azərbaycan Ticarət Evinin açılışını etdik. Ticarət Evinin fəaliyyətinin biznes təşəbbüslərinin dəstəklənməsi və iqtisadi əlaqələrin stimullaşdırılması baxımından faydalı olacağını vurğuladıq".