Cəbrayıl rayonunun Çullu kəndində aşkarlanan insan sümükləri ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Çullu kəndində 2 ədəd kəllə və 2 ədəd alt çənə sümüyü olmaqla insana məxsus olan ümumilikdə 21 ədəd sümük, habelə 1 ədəd əl qumbarası aşkarlanıb.