23 Noyabr 2022 12:13
234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərdə iştirak etməyən partiyaların ləğv olunması ilə bağlı müddəa layihədən çıxarılır, əvəzində layihəyə partiyaları seçkilərdə iştiraka həvəsləndirici maddə salınır.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

O qeyd edib ki, bundan sonra Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatını “0” kimi göstərən partiyalar maliyyə hesabatını, gəlirlərini dövlət büdcəsindən maliyyə yardımı almaq üçün düzgün təqdim etməkdə maraqlı olacaqlar: “Layihədən partiya təsisçilərinin 20 il ölkədə daimi yaşamasına dair norma tamamilə çıxarılıb, üzv sayına dair tələb isə 10 mindən 5 minə endirilib ki, bu da ölkə üzrə seçicilərin 1 faizindən də azı deməkdir. Bu da Venesiya Komissiyasının tövsiyələrinə uyğundur. 200 təsisçi tələbi tamamilə ortadan qalxıb”.

Komitə sədri bildirib ki, bundan sonrakı dövrdə artıq siyasi partiya kimi qeydiyyatdan keçmiş siyasi partiyaların yenidən təşkili üçün müddətlər 2 dəfə artırılır: “Partiyaların bir nəfərin ianəsindən asılı qalmaması üçün 10 min manat yuxarı hədd tələbi də aradan qaldırılır”.

Bundan əlavə bir neçə dəfə seçkidə iştirak etməyən partiyaların qeydiyyatının ləğv olunması ilə bağlı müddəa layihədən çıxarılıb. Həmçinin, siyasi partiyanın təsisçisi üçün ölkədə 20 il dayanıqlı yaşamaq müddəası da layihədən çıxarılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər