26 Noyabr 2022 21:01
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyi Şağan idman arenasında qətlə yetirilən idmançının ailəsinə başsağlığı ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirliyin sosial şəbəkədə hesablarında məlumat verilib.

Paylaşımda qeyd olunur:

"Təəssüf ki, bu gün “Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turnirində hər birimizin kədərinə səbəb olan hadisə baş verib. Belə ki, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münaqişə zəminində Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirib.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Gənclər və İdman Nazirliyi gənc idmançı Tural Rüstəmovun ölümündən kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər