30 Noyabr 2022 11:58
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Urmiyə gölünün qurudulması azərbaycanlılara qarşı ayrı-seçkilikdir”.

Teleqraf.com xəbər verir ki, bunu Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçı, İran azərbaycanlılarının insan hüquqları müdafiəçisi, "Ərk" İnsan Haqları Komitəsinin sədri Jalə Təbrizli noyabrın 30-da "Urmu gölünün harayı" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Urmiya gölünün qurumasının hamı üçün ziyanı var.

J.Təbrizli bildirib ki, BMT-də, UNESCO-da Urmiyə gölünün qurumasının qarşısının alınması üçün vəsait ayrılmasına dair məsələ qaldırıblar.

“İran həmin vəsaiti özü üçün xərclədi. Ancaq gölün quruması üçün heç bir vəsait xərcləmədi. Urmiyə gölünün qoruması Azərbaycana qarşı ayrı-seçkilikdir. İranda bir nəfər yoxdur ki, desin ki, mən buna görə məsuliyyət daşıyıram. Hazırda gölün 95 faizi quruyub. Urmiya gölünün ətrafında yaşayan 14 milyon insan oradan köçürülməlidir. Çünki orada xəstəliklər yayılır”, - "Ərk" İnsan Haqları Komitəsinin sədri vurğulayıb.

Güney azərbaycanlı ekspert Səttar Sevgin isə çıxışında söyləyib ki, İran hakimiyyətinin yürütdüyü yarıtmaz və Güney Azərbaycanın təbiətinə laqeyd siyasət nəticəsində Urmiyə gölü də quruyur.

O qeyd edib ki, Urmiya gölünün qurudulması ilə bağlı İran ərazisində, eləcə də ölkədən kənarda, həmçinin Bakı şəhərində İran səfirliyinin qarşısında müxtəlif qurumlar tərəfindən dəfələrlə etiraz aksiyaları keçirilsə də, İran hökuməti indiyədək ciddi tədbir görməyib.

S.Sevgin bildirib ki, əksinə, rəsmi Tehran tərəfindən bu prosesə İran ərazisində və İrandan kənarda etiraz edənlər siyasi və fiziki təqiblərə məruz qalır, həbs edilir, fəalların gözünün qorxudulması üçün onlara işgəncə verilir.

Onun sözlərinə görə, İran hakimiyyəti Güney Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edərək farsdilli sayılan əyalətlərin abadlaşmasına və inkişafına xərcləyir: "İran hakimiyyətinin yürütdüyü yarıtmaz və Güney Azərbaycanın təbiətinə laqeyd siyasət nəticəsində Urmiyə gölü də quruyur. İran azərbaycanlıları farslaşdırmağa, Azərbaycan türklərini əritməyə çalışır. Yeraltı sərvətlərini, fabriklərin hamısını fars bölgəsinə daşıyırlar. Azərbaycanın inkişafını İranın gözü götürmür. İran azad və demokratik bir ölkə olsaydı, İran Azərbaycana Türkiyə kimi qardaş ölkə deyərdi. Qarabağın işğalında İranın birbaşa əli olub. İndiyə qədər Azərbaycan İrana bir söz deməyib. İran Azərbaycanın ayaqda durmasını istəmir. İranda yaşayan qadınların haqqı tapdalanır, ictimai, sosial durum ağır vəziyyətdədir".

Jalə Təbrizli onu da xatırladıb ki, İkinci Qarabağ müharibəsi zamanı İran vasitəsilə Ermənistana silahların daşınmasına etiraz edən 300 nəfər güneyli həbs edilmişdi.

"Ərk" İnsan Haqları Komitəsi olaraq həbs edilən milli fəallarımın müdafiəsi üçün işlər aparırıq. Biz çəkinmədən onları müdafiə edirik", - deyə bildirib.

Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Maşallah Rəzmi qeyd edib ki, İranda bizim tariximizi təhrif edirlər, ayrı cür yazırlar. Mədəniyyətimizi məhv edirlər. Oradakı siyasət türk millətini yox olmağa doğru aparır.

Onun sözlərinə görə, Urmiya gölündə ekoloji fəlakət yaşanır:

“Urmiya gölünün Azərbaycana həyati yaşam mənası var. Bu gölün ətrafında 14 milyon insan yaşayır. Hazırda gölün 95 faizi qoruyub. Keçmişdə həmin göl vasitəsilə yüklər daşınırdı.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər