“Fransa parlamentinin aşağı palatası-Milli Asambleyanın Azərbaycana qarşı qəbul etdiyi qərar beynəlxalq hüquqa, Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. 30 ilə yaxın Azərbaycan ərazisini işğalda saxlayan Ermənistanı dəstəkləmək bu ölkənin insan hüquqlarına münasibətinin göstəricisidir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Pərvin Kərimzadə deyib.
O əlavə edib ki, Fransa parlamenti atdığı addımlarla Azərbaycan-Fransa arasında imzalanan sazişlərə hörmətsizlik edir:
“Eyni zamanda hələ delimitasiya olunmamış Azərbaycan-Ermənistan sərhədi ilə bağlı da düzgün olmayan yana.şma sərgiləyir. Gəncə və digər şəhərlərin raket atəşinə tutulması, mülki insanların öldürülməsi, mina terroru beynəlxalq cinayət deyil?.. Fransanın bu addımı regionu müharibəyə sövq edir. Azərbaycanın güclü Prezidenti və Ordusu var, bunu unutmasınlar”.