Deputat Jalə Əliyevaya ağır itki üz verib.
Teleqraf.com-un məlumatına görə, deputatın həyat yoldaşı dünyasını dəyişib.
“Müjganımın atası, Kamranımın, İbrahimimin, Cavidanımın babası, həyatımın 35 ilinin ən yaxın sirdaşı, dostu, yoldaşı Yavuz Onku bu səhər itirdik...”- J.Əliyeva sosial şəbəkədəki şəxsi hesabında acısını belə paylaşıb.
Xanım deputatın həyat yoldaşı xaricdə vəfat edib.
“Bir az əvvəl qürbətdən aldığımız acı xəbərlə hamımız sarsıldıq... Həyat çox qısa, tale çox amansız... İllər boyu uzaq məsafələrdə yaşadıq... Həsrət heç bitmədi ki... Elə ötən həftə qızı, nəvələri, kürəkəni ilə, bütün qohumlarla, dostlatla Bakıda birlikdə idi... Sanki vida səfərinə çıxmışdı... Ötən 35 ilin onunla birlikdə ömrümüzə, hafizəmizə yazılan qısa anları, qırıq anıları geriyə qalan həyatımız boyu bizimlə birlikdə yaşayacaq, o bizi heç tərk etməyəcək! Nur içində yat, əziz, sevimli Yavuz!”, - deyə qeyd edilib.
Allah rəhmət eləsin!