6 Dekabr 2022 22:34
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrand layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının Şərur rayonu və kəndlərində “Məktəbdə psixososilal vəziyyətin yaxşılaşdırılması,valideyinlərin məktəb həyatında rolunun genişləndirilməsi” adlı layihənin icrası davam edir.

Teleqraf.com xəbər verir ki, layihənin əsas məqsədi təhsil ocaqlarında münbit psixoloji mühitin yaradılması və valideyinlərin məktəbin istər idarəsində, istərsə də təhsilin inkişafına nəzarət etmələri ilə bağlıdır.

Layihə Şərur rayonunun orta təhsil müəssələrində keçirilir. Oktyabr ayının 2 -dən layihənin icrasına başlanılıb.

İndiyə qədər Şərur rayonunun Püsyan,Çomaxtur,Sərxanlı,Qarxun,Danyeri kənd orta məktəblərində təlimlər baş tutub. Layihə çərçivəsində bir neçə kənddə də təlimlərin keçirilməsi planlaşdırılır.

Layihənin rəhbəri Zakir Babayev bildirib ki, təlimlər çərçivəsində yüzdən çox insan layihə ilə bağlı marifləndirilib.Eləcədə ən azından 20-dən çox insan təlimlərə cəlb olunub.

Layihənin icra müddəti 3 aydır.2 yanvar tarixində layihənin bağlanış mərasimi baş tutacaqdır.

Məlumat üçün bildirək ki, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrand layihəsində əsasən müəllimlər iştirak edir.


Müəllif: Nemət

Oxşar xəbərlər