Bir çox insanların, xüsusən, qadınların gözəl, yaraşıqlı görünmək üçün etməyəcəyi şeylər yoxdur. Ancaq gözəl görünmək üçün geyindiyiniz bəzi geyimlər sağlamlığınızı təhlükə altına atır.
Gündəlik həyatda çox istifadə etdiyimiz, istifadə edərkən güvəndə olduğumuzu düşündüyümüz, ancaq sağlam olmayan bir çox şey vardır.
Teleqraf.com sağlamlığa zərərli bir sıra geyimləri təqdim edir.
Dar şalvarlar
Dəbin önəmli parçalarından biri olan bu şalvarlar sinir sıxışmasına səbəb olur. Sinir sıxışan bölgədə ağrı və keyimə yaranır. Ayaq və omba bölgəsini çox sıxan bu dar şalvarlar, sinirləri sıxdığı üçün qan dövranının normal axınına mane olur. Sellülit kimi problemlər ortaya çıxır. Həkimlər tərəfindən tövsiyə olunmur.
Süni dəri məhsulları
Ayaqqabı və digər tekstil sahələrində bir çox məhsllar süni dərilərdən hazırlanır. Daha münasib qiymətə satılan bu saxta dəri məhsullar dəriyə havanı buraxmaz, qeyri-sağlam tərləməyə yol açar. Xüsusən ayaq sağlamlığı üçün son dərəcə təhlükəlidir. Dəri nəfəs ala bilmədiyindən göbələk infeksiyası ortaya çıxır.
Sivri burun ayaqqablar
İti və çox dar burunlu ayaqqabılar barmaqları sıxışdırdığından “Hallux Valgus” adı verilən başbarmaq çıxıntısına səbəb olur.
Yanlış büstqalterlər
Sinə quruluşuna uyğun olmayan büstqalterlər sinələrdə deformasiya, sallanma, bel və boyun ağrısı kimi problemlərə yol açır.
Sintetik alt paltarları
Sintetik parçalar tər əmilməsi özəlliyinə sahib olduğu üçün həssas bölgələrdə sağlıqsız bir vəziyyətin yaranmasına səbəb olar. İstehsalında daha çox kimyəvi maddələr istifadə olunur.
Saxta eynəklər
Göz sağlamlığımızı təhlükəyə atır. Mütəxəssislərin fikrincə, günəşin altında heç eynək taxmamaq saxta eynək taxmaqdan daha yaxşıdır. Çünki göz günəşlə təmasda olduğundan bəbək kiçilir və özünü qorumağa çalışır. Saxta eynəklərin şüşələri altında isə bəbək böyüməyə meylli olduğundan utrabənövşəyi şüalar gözlərimizə daha çox zərər verər. Sarı nöqtə, ya da katarkat kimi göz problemləri ortaya çıxar.
Çox hündür və düz ayaqqbılar
Hər birimiz çox hündür dabanlı ayaqqabıların zərərli oduğundan xəbərdarıq. Belə ayaqqabıların fəsadı sadəcə ani ayaq ağrıları ilə bitmir, uzun müddətli problemlərə də yol açır. Bu cür ayaqqabılar ayağı önə doğru əyilməyə məcbur etdiyi üçün sümük çıxıntılarına səbəb olur. Kürək ağrısı, duruş pozğunluğu, diz və ayaq ağrıları, tutulma kimi probemlər özünü göstərir.
Çox düz ayaqqabılar da oynaqlarda ağrılar, yeriş pozuntuları, bilək və omba ağrılarına səbəb olur. Düzgün hündürlük 2-5 sm olmalıdır.
Keyfiyyətsiz sintetik parçalar
Bu parçaların tərkibindəki kimyəvi maddə, saxta boya tər yolu ilə bədənimizə nüfuz edir və allergiyadan xərçəngə qədər bir çox təhlükə riski daşıyır. Bunların yerinə pambıq, ipək, kətan, yun, kaşmir parçalar istifadə edin. /ailem.az/