8 Dekabr 2022 15:53
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağıstandakı zəlzələnin Azərbaycana güclü təsiri ola bilməz. Bu baxımından narahatlığa heç bir əsas yoxdur. Azərbaycanın zəlzələ ocaqlarında fon səviyyəsində xırda təkanlar olur, amma bu narahatlığa əsas vermir. Bu, normal haldır”.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, bu gün Rusiya ərazisində - Dağıstanda zəlzələ baş verib.

“Bu zəlzələ də əsasən Azərbaycan ərazisində sərhəd rayonlarında Zaqatala, Balakəndə Təxminən 3-4 bal gücündə hiss olunub”.


Müəllif: Nərmin

Oxşar xəbərlər