9 Dekabr 2022 12:14
282
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son dövrlər müşahidə olunan regional və geosiyasi gərginlik, Rusiya-Ukrayna münaqişəsi, bununla bağlı sanksiyaların tətbiqi, istehsal zəncirində qırılma, logistikanın kəsilməsi inflyasiyaya və ərzaq qıtlığına səbəb olub. Prezidentin dediyi kimi, qlobal vəziyyətin necə olacağını öncədən proqnoz etmək çətindir. Amma aydındır ki, bu, fevraldan əvvəlki kimi olmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.

Baş nazir əlavə edib ki, qlobal iqtisadiyyata inteqrasiya edən Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir:

“İdxal malların qiymətində artım qeydə alınıb. İnflyasiya ərzaqın bahalaşması sayəsində olub. Azərbaycan dərman vəsaitlərinin 95 faizini idxal edir. Bunun böyük hissəsi Türkiyə, Almaniya, Rusiya, Ukrayna, Böyük Britaniyanın poayına düşür. Dərman qiymətlərinin tənzimlənməsi Taarif Şurası tərəfindən həyata keçirilir. Şura tərəfindən son qiymət artımı 276 dərman adına tətbiq edilib, bu da ümumi dərmanların cəmi 2 faizidir. Bu dərmanlar əsasən Rusiya, Ukrayna, Belarusdan idxal olunur”.


Müəllif: Nemət

Oxşar xəbərlər