14 Dekabr 2022 15:17
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şuşa-Xankəndi yolu bağlanıb. İrəli sürülən tələblər var. Əslində hər şey aydındır. Bunların hamısı Ermənistana və ermənilərə təzyiqdir. Faydalı qazıntılar, mədənlər və onun istismarı, eləcə də ekoloji vəziyyət kimi mühüm problemlər var. Amma daha vacib məsələ Ermənistana təzyiq etmək və onu sülh sazişi imzalamağa məcbur etməkdir. Məsələnin mahiyyəti budur”.

Bu fikirləri Teleqraf.com-a “Turan” agentliyinin direktoru, analitik Mehman Əliyev bildirib.

Onun sözlərinə görə, Ermənistana təzyiq edilir ki, sülh sazişi imzalasın:

“Ermənistan 2020-ci ildə müharibəni uduzub və sülh sazişi imzalamalıdır. Hesab edirəm ki, beynəlxalq oyunçular da bunda maraqlıdır. Baxın, bu müddət ərzində Azərbaycana hansısa təzyiq edilibmi? Mən belə bir təzyiqi müşahidə etməmişəm. Beynəlxalq oyunçular da bu məsələnin həllini istəyir. Odur ki, etiraz aksiyası öz yerində və mən ona toxunmuram, ancaq gedən proseslərin mahiyyətində o durur ki, məsələ həll edilsin”.

Mehman Əliyev qeyd edib ki, Azərbaycan yumşaq və yeri gələndə sərt gücdən istifadə edir:

“Hesab edirəm ki, indi bütün təzyiqlər Ermənistana olunur. Müharibədən iki il zaman keçib və bu müddətdə çox şey həll edilməlidir. Başqa cür ola bilməz”.


Müəllif: Nemət

Oxşar xəbərlər