15 Dekabr 2022 10:54
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sadə ağaclar sözünü mürəkkəb söz hesab edən müəllimlər də var. Sertifikasiya imtahanında bu suala, təxminən, 17 %-ə yaxın müəllim səhv cavab verib”.

Teleqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

“Ən sadə məsələni həll etmək iqtidarına sahib olmayan müəllim ibtidai sinifdə dərs deyəcəksə həmin şagirdin qəbul imtahanında hansı yüksək nəticə göstərməsini gözləyə bilərik?”, - nazir bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər