Azərbaycan Respublikası Ali Məhkəməsinə yeni hakimlər təyin edilib.
Teleqraf.com bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri) Xıdırov Əhliman Mehman oğlunun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdulov Rəşad Məhərrəm oğlunun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Zəki Baba oğlunun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Vidadi Məmməd oğlunun və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Cəfərov Vidadi Cəfər oğlunun Azərbaycan Respubliaksının Ali Məhkəməsinə hakim təyin edilməsi təklif edilib.
Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.