Milli Məclisdə Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq qrupunun yaradılması təklif edilib.
Teleqraf.com xəbər verir ki, bu təkliflə millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.
Komitə sədri bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətinin parlamenti bu addımı atıb və dostluq qrupu yaradılıb: “Qarşı tərəflə danışıqlarımız olub. Səfərimiz zamanı onlar da bu barədə bizdən xahiş ediblər. Sahibə xanım, sizdən xahiş edirəm, gələn sessiyada bu məsələyə baxaq”.