“Azərbaycan qazının nəql olunacağı növbəti ölkələr Rumıniya və Bolqarıstan olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu il Azərbaycanın enerji tranzitində rolu artıb.
Belə ki, iyulun 18-də Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb ki, bu da yaxın 5 ildə Azərbaycan qazının Avropaya tədarükünü iki dəfə artırmağa, həmçinin bərpa olunan enerji sahəsində əməkdaşlığı gücləndirməyə imkan verəcək.