17 Dekabr 2014 12:49
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mikrobiologiya İnstitutunda bu barədə danışılıb

Dekabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunda bu elm müəssisəsinin 2014-cü ildəki fəaliyyətinə həsr olunan iclas keçirilib.

Teleqraf.com-a verilən xəbərə görə, iclasda institut direktorunun müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov hesabat məruzəsi ilə çıxış edib.

P.Muradov əvvəlcə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarının, dövlət proqramlarının icrası ilə əlaqədar institutda görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Mikrobiologiya İnstitutunda hesabat ilində “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın müvafiq bəndi üzrə tədqiqatları institutun tematik planına daxil olan “Müxtəlif (qida, yem və tibbi) təyinatlı bitki materiallarının mikoloji təhlükəsizliyinin qiymətləndirilməsi” mövzusu çərçivəsində davam etdirilib.

İnstitut direktorunun müavini qeyd edib ki, 2014-cü ildə 5 mövzu üzrə işlər tamamlanıb və nəzərdə tutulan iş həcmi tam yerinə yetirilib. Hesabat ilində İnstitutda beynəlxalq qrant proqramlar (STSU) üzrə yerinə yetirilən bir layihə üzrə tədqiqatlar başa çatdırılıb, bir layihə üzrə isə tədqiqatlara başlanılıb.

NİGAR


Müəllif:

Oxşar xəbərlər