14 Yanvar 2023 18:44
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müqəddəs Taxt-Tac ilə Heydər Əliyev Fondu arasında səmərəli əməkdaşlıq mövcuddur. Fond tərəfindən Vatikanda bərpası həyata keçirilən və bəşəri əhəmiyyət daşıyan bir sıra tarixi abidələr mədəni irsin qorunması sahəsində böyük işlərdir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovla görüşündə səsləndirib.

Papa Fransisk əlavə edib ki, həmin layihələr dünya mədəni, tarixi və dini irsinin qorunmasına, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət edir.


Müəllif: Teleqraf.com