3 Fevral 2023 11:03
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran dövləti zəlzələdən ziyan çəkənləri aldadır”.

Bunu Güney Azərbaycanın Xoy bölgəsində zəlzələdən zərərçəkənlərdən biri deyib.

Onun sözlərinə görə, hakimiyyət vətəndaşlarını aldadır:

“Birinci zəlzələdə zərərçəkənləri siyahıya aldılar, heç nə etmədilər. İndi də çağırırlar, imza atdırırlar, heç nə vermirlər”.

Qeyd edək ki, bu ilin yanvarında Xoyda 5,4 və 5,9 bal gücündə iki dəfə zəlzələ baş verib. Təbii fəlakətlər nəticəsində ölənlər və yaralananlar olub, minlərlə ev dağılıb. Rəsmi məlumata görə, yanvarın 28-də baş verən zəlzələ nəticəsində 10 minə yaxın ev dağılıb və yararsız vəziyyətə düşüb. Sakinlər soyuq və qarlı-şaxtalı hava şəraitində küçələrdə qalıb. Hakimiyyətin verdiyi çadırlar kifayət etmir. Tehran rejimi Azərbaycan və Türkyənin yardım təkliflərindən imtina etməklə yanaşı, Güney Azərbaycanın başqa bölgələrindən Xoy etdirilən könüllü humanitar yardım çatdırlmasına da mane olur.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər