3 Fevral 2023 21:13
2 965
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın gəlib bölgəyə girməsi ilə bağlı biz real addımları görmürük. Gəlib deyirlər ki, biz burada qoşun yerləşdiririk, baza yaradırıq? Yox, bu cür fikirlər səsləndirilmir. Türkiyə Azərbaycanın müttəfiqi kimi bölgədə nüfuzu artır. Həm Azərbaycanla müttəfiqdir, vahid ordu yaradırıq, həm də son zamanlar müşahidə edirik ki, təlimlər gedir, burada Gürcüstan da iştirak edir. Əslində ABŞ-dan sonra Türkiyə ikinci dövlətdir ki, həm təhlükəsizlik, həm də hərbi cəhətdən Gürcüstana yardım və dəstək verir. Bu mövcuddur və reallıqdır. İkincisi, Ermənistan Rusiyanın bölgədə imkanlarının zəiflədiyini gördüyü üçün çalışır ki, İranla hərbi müttəfiqlik olmasa da, siyasi və iqtisadi əlaqələrini möhkəmlətsin”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov regionumuzda gedən geosiyasi prosesləri şərh edərkən deyib.

Deputat əlavə edib ki, indi biz görürük ki, həm Şərq-Qərb xətti güclənir, həm də ona əks olan Şimal-Cənub xətti-Rusiya, İran və Ermənistan:

“Amma biz nəzərə alsaq ki, Şərq-Qərb xəttinin arxasında təkcə Türkiyə dayanmır. Bu eyni zamanda ABŞ-ın maraqlarına cavab verir. Eləcə də İsrail var. Bölgədə təbii ki, geopolitik durum müsbət deyil”.

Rasim Musabəyov ehtimal edir ki, burada geopolitik qarşıdurma, rəqabət və toqquşma üçün mühit və gərginlik artıb: “Amma bizim üçün proseslərin sakit şəkildə inkişafı və irəliləməsi lazımdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər