6 Fevral 2023 12:38
348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakcell baş vermiş zəlzələ ilə əlaqədar hazırda Türkiyədə olan abunəçilərini pulsuz mobil rabitə xidmətləri ilə təmin edir.

Abunəçilərin ailələri və yaxınları ilə kəsintisiz əlaqəsini təmin etmək məqsədilə Bakcell tərəfindən onların nömrələrinin balansına pulsuz dəqiqələr və internet yüklənib.

Müvafiq məlumat abunəçilərə SMS vasitəsilə göndərilib.

Baş vermiş hadisədə həyatını itirənlərə rəhmət, xəsarət alanlara şəfa diləyirik!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər