Bakıda və Abşeron yarımadasında martın 9-u günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Teleqraf.com-un məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin gözlənilən hava şəraiti haqqında yaydığı xəbərdalıqda bildirilib.
Qeyd olunub ki, yarımadanın bəzi ərazilərində yağıntının intensivləşəcəyi ehtimalı var.
Azərbaycanın rayonlarında martın 9-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.
Bəzi bölgələrdə gözlənilən yağışlar nəticəsində əksər çaylarda sululuğun artacağı gözlənilir.