Ali Attestasiya Komissiyası ləğv olunmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, elmi dərəcələri universitetlərin özləri verməlidir:
"Bütün istiqamətlərdə gələcək ixtisasların atlası hazırlanmalıdır. Yeni ixtisaslar üzrə bir müddətdən sonra çox ciddi kadr qıtlığı müşahidə oluna bilər".