5 May 2023 09:30
281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandakı Türkiyə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsverməsi başlayıb.

Teleqraf.com xəbər verir ki, mayın 5-də Bakı vaxtilə səhər saat 09:00-dan etibarən seçki məntəqələri açılıb.

Qardaş ölkə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakıda yerləşir. Bundan başqa, Türkiyə vətəndaşları Naxçıvan və Gəncədə də səs verə bilirlər.

Türkiyənin Azərbaycandakı səfirliyindəki seçki məntəqəsində ilk səsverənlərdən biri səfir Cahit Bağçı olub.

Səsvermə bütün ünvanlarda mayın 7- si saat 21:00- dək davam edəcək.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər