Sahibkarlar rahat vəsait əldə edə bilməlidirlər.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, yerli özünü idarəetmə sahəsində problemlər həll olunmalıdır:
"Onlara ayrılan vəsaitlərin icra mexanizmi diqqətdə saxlanılmalıdır. Eyni zamanda sahibkarlara rahat şərait yaradılmalıdır ki, burada müsbət irəliləyişi görmək mümkün olsun. Çünki dövlətin yaradacağı iş yerləri ilə problemləri həll etmək çətindir".