9 İyun 2023 22:11
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya iyunun 9-u saat 18:30-da Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə Teleqraf.com-a Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.

"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - Azərbaycanın Müdafiə Nazirliyindən qeyd edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər