2022-2023-cü tədris ili ərzində bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib.
Bu barədə Teleqraf.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinə 41 nəfər direktor vəzifəsinə təyin olunub, 24 direktorun iş yeri dəyişdirilib.
Həmçinin 149 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 33 direktorla müddətli əmək müqaviləsi bağlanıb.
Müxtəlif əsaslarla 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə isə xitam verilib.