29 İyun 2023 16:23
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 29-da mülki ermənilərin Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsindən 8 nəqliyyat vasitəsinin sərbəst keçidi təmin edilib.

Teleqraf.com xəbər verir ki, nəqliyyat vasitələri Xankəndindən Gorus istiqamətində hərəkət edib. Sənədlər yoxlanıldıqdan sonra erməni sakinlər üçün maneəsiz keçid təmin edilib.

Onların avtomobilləri prosedura uyğun olaraq yoxlanılır, sonra gediş-gəlişləri təmin edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər