30 İyun 2023 16:49
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb.

Bildirilib ki, son sutkada infeksiyaya 1 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 6 nəfər sağalıb.

İndiyədək ölkədə ümumilikdə 831 945 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 648 nəfər müalicə olunaraq sağalıb, hazırda 15 aktiv xəstə var. Bu günə qədər 10 282 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 138, bu günə qədər isə ümumilikdə 7 643 678 test icra olunub.


Müəllif: Teleqraf.com