FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
FHN-dən Teleqraf.com-a verlən məlumata görə, ünvana baxış zamanı 1974-cü il təvəllüdlü Ə. İsmayılovun xəstəlik və ağır çəkili olması səbəbindən təcili tibbi yardım avtomobilinə aparılmasında yaranan çətinliklə bağlı köməyə ehtiyacı olduğu müəyyən edilib.
Hadisə yerinə cəlb olunan FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri vətəndaşı xüsusi vasitələrin köməyi ilə doqquzmərtəbəli binanın 7-ci mərtəbəsindən binanın həyətinə endirərək təcili tbbi yardım briqadasına təhvil verib.