Neftçalada şirkət rəhbəri cərimələnib.
Bu barədə Teleqraf.com-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, Neftçala rayonu, Qaraqaşlı kəndi ərazisində fəaliyyət göstərən "Qaraqaşlı Broyler" ASC-nin fəaliyyəti zamanı formalaşan tullantıların qalaqlanaraq yandırılması aşkarlanıb.
Faktla bağlı müəssisənin rəhbəri Heydər Əsgərov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində cərimə olunub.